"Bu sahədə işbazlar fəaldır..." - Miqrasiya Mərkəzinin sədri
    • 28-07-2023, 12:38
    • 167

"Bu sahədə işbazlar fəaldır..." - Miqrasiya Mərkəzinin sədri

“Miqrasiya İnformasiya Mərkəzinin yaradılmasının əsas məqsədi qanunsuz miqrasiyanın qarşısını almaqdır. Digər bir istiqamət isə qeyri-qanuni yollarla edilən səfərlərin qarşısını almaq üçün aidiyyatı qurumlara dəstək verməkdən ibarətdir”.

Bunu News24.az-açıqlamasında Azərbaycan Miqrasiya Mərkəzinin sədri Elçin Məlikli deyib.

O qeyd edib ki, mərkəzdə miqrasiya ilə bağlı maarifləndirmə işləri aparılacaq: “Bəzən bu sahədə işbazların fəal iştirakı vətəndaşlarımızın qeyri-qanuni miqrasiya etməsinə səbəb olur. Ancaq həmin şəxslər qeyri-qanuni səfər etdikləri ölkədə başlarına gələcək hadisələrdən məlumatsız olurlar. Bu həm də Azərbaycan dövlətinin xarici ölkələrdə diasporunun qurulmasına ciddi mane olur. Ümid edirəm ki, bu layihənin həyata keçirilməsi sözügedən istiqamətdə vətəndaşlarımıza və dövlətimizə töhfə verəcək”.

Nərmin Murad