Yeni parklanma qaydaları qüvvəyə mindi - Necə İcra Ediləcək?
    • 28-07-2023, 17:36
    • 311

Yeni parklanma qaydaları qüvvəyə mindi - Necə İcra Ediləcək?

Nazirlər Kabinetinin iyunun 25-də təsdiq etdiyi “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərarına görə, paytaxt Bakı, Sumqayıt və Gəncə şəhərlərində qiymətlər müəyyən edilib. Həftənin bazar günləri isə dövlətə məxsus parklanma yerlərində avtomobillərin park edilməsi ödənişsiz olacaq. Qərar ötən gün qüvvəyə minib. Həmçinin, Bakı şəhərinin mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyasını ehtiva edən qərara əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib. 
 
 
Mövzu ilə bağlı News24.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Parklannma ilə bağlı qəbul edilmiş qərar nəqliyyat sıxlığını aradan qaldıracaq. 

 "Parklanma şəhər mobilliyinin əsas və vacib elementlərindən biridir. Bu məsələ həll edilmədən şəhər və nəqliyyat  infrastrukturunda və digər məsələləri həll etmək çətin idi. Hətta praklanma yerlərinin təşkil olunmaması, parklanma yerlərinin ayrı-ayrı şəxslər tərəfindən zəbt edilməsi tıxaclara səbəb olurdu. Hesab edirəm ki, ərazilərdə olan sıxlıqlarda qismən də olsa seyrəlmə müşahidə ediləcək. Düşünürəm ki, dövlət bundan sonra parklanma problemini mərhələ ilə həll edəcək. Bununla bağlı artıq mühüm qərarlar da verilib. Parklanmanın təyinatı və qiyməti ilə bağlı məsələlər də konkret olaraq göstərilib. Həmçinin Bakı sakinlərinin  və şəhərə  səfər edən qonaqlarının rahatlığı üçün müəyyən yeni mobil tədbirlər hazırlanması və s. elan olunub”, - o deyib.

Ekspert qeyd edib ki, yeni tariflarin təyin edilməsi parklanma probleminin həllində mühüm rol oynayacaq. 
“Sözügedən tariflərinin ödənişlərinin nağdsız qaydada həyata keçirilməsi bu istiqamətdə atılan müsbət addımlardandır. Bu, maliyyə şəffaflığının təmin olunmasına gətirib çıxaracaq. Digər bir müsbət tərəfi isə ondan ibarətdir ki, yaxın gələcəkdə parklanma zonalarına işçi qüvvəsi cəlb ediləcək. Beləliklə qeyri-qanuni işləyənlərin sayı azalacaq”. 

Arzu