"Aİ bizə milyardlarla pul borcıudur" - Baş Nazir
    • 28-07-2023, 18:08
    • 230

"Aİ bizə milyardlarla pul borcıudur" - Baş Nazir

“Avropa İttifaqının Macarıstana milyardlarla avro borcu var”. 

News24.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. 

Onun sözlərinə görə, Avropa İttifaqı hazırda assosiasiyaya üzv ölkələr, o cümlədən Macarıstan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir.

Eyni zamanda, Macarıstanın baş naziri izah edib ki, Aİ-yə üzv olan bütün dövlətlər Avropa İttifaqına pul ödəməyə məcburdurlar: “Ödədik, öhdəliyimizi yerinə yetirdik. O vaxtdan bəri bizə gəlməli olan pul verilmir”.

Onun fikrincə, Aİ Budapeştə sərhədləri qeyri-qanuni miqrantlardan qorumaq, o cümlədən baryerlərin tikintisi və eyni məbləğdə macar müəllimlərin maaşlarının artırılması üçün iki milyard avroya yaxın borclu idi.
 
Arzu