“Threads”ın istifadəçiləri azaldı
    • 28-07-2023, 21:05
    • 271

“Threads”ın istifadəçiləri azaldı

“Threads” sosial platformasının istifadəçilərinin sayı azalıb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı “Meta” texnologiya şirkətinin sahibi Mark Zukerberq məlumat verib.

Zukerberq “Threads”a yeniləmələrin gələcəyini də bildirib və tətbiqin virtual reallığa uyğun olaraq hazırlanacağını vurğulayıb.

Texnologiya tədqiqatçıları hesab edir ki, “Threads”ın istifadəçilərinin azalmasının əsas səbəbi onun digər sosial platformalarla müqayisədə az üstünlüklərə sahib olmasıdır.
Platformanın mövzular hissəsində hələ post axtarışı, postun redaktəsi və birbaşa mesajlaşma kimi funksiyalar yoxdur.