-
- 29-07-2023, 11:47
- 262
Alimlər yaşlı siçanı cavanlaşdırdılar
Bioloqlar yaşlı siçanı gəncin qan damarlarına birləşdirərək cavanlaşdırıblar.
News24.az xəbər verir ki, Duke Universitetinin alimləri yaşlı siçanların qan dövranı sistemini gənc siçanların qan dövranı sistemi ilə cərrahi şəkildə birləşdirərək onların qocalma prosesini ləngidiblər.
Əvvəlki tədqiqatlar üç həftəlik parabiozdan sonra yaşlı siçanların toxumalarında və hüceyrələrində cavanlaşdırıcı təsirləri aşkarlanıb. Yeni təcrübədə elm adamları parabiozun 12 həftə davam edən təsirini sınaqdan keçiriblər. Yaşlı siçanlar daha aktiv və canlı olub, onların toxumalarında cavanlaşma əlamətləri müşahidə olunub.
Bu, o deməkdir ki, qocalmanı yavaşlatan maddələr potensial olaraq gənc heyvanların qanından təcrid oluna bilər.