Spirtli içkilər qadınlara və kişilərə FƏRQLİ təsir göstərir
    • 25-08-2022, 11:57
    • 443

Spirtli içkilər qadınlara və kişilərə FƏRQLİ təsir göstərir

Alimlər spirtli içkilərin qadın və kişilərə eyni təsir göstərmədiyini açıqlayıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, spirtli içkilər kişilərə nisbətdə qadınların beyininə daha az təsir edir. 

Alimlər bununla bağlı siçanlar üzərində araşdırma aparıblar. 

Erkək siçanların beyinində motivasiya və emosional davranışda əsas rol oynayan “Amiqdala”dakı dəyişikliklər alimləri heyrətləndirib. Dişi siçanlarda isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Erkək siçanların həyəcan və qorxu davranışlarında dəyişikliklər baş verib. Dişilərdə isə bu halın niyə yaşanmadığı hələ ki, məlum deyil.

Vüsalə Babaşova