Təlimdə əsgərlər itkin DÜŞDÜ
    • 29-07-2023, 13:36
    • 186

Təlimdə əsgərlər itkin DÜŞDÜ

ABŞ-Avstraliya birgə təlimi hərbi helikopterin qəzaya uğramasından sonra dayandırılıb.

News24.az xəbər verir ki, Avstraliyanın müdafiə naziri Riçard Marles ABŞ ilə birgə təlimə qatılan Avstraliya ordusuna aid MRH-90 Taipan tipli helikopterin gecə saatlarında Hamilton adası yaxınlığında qəzaya uğradığını açıqlayıb.

Helikopterdəki ekipajdan 4 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Marles, Dent adası yaxınlığında bir xilasetmə helikopterinin dağıntılarla qarşılaşdığını qeyd edib. Qəza səbəbilə təlimin müvəqqəti dayandırıldığını da əlavə edən Marles, axtarış-xilasetmə işlərinə verdiyi dəstəyə görə ABŞ-a təşəkkür edib.

ABŞ və Avstraliyanın iki ildən bir təşkil etdiyi “Talisman Saber” adlı təlimdə bu il 13 ölkə və 30 mindən çox hərbçi iştirak edir. ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də Avstraliyadadır.