İranlı biznesmen kömək istəyir – Bakıda 46 min dollarımı aldılar
    • 4-03-2019, 13:04
    • 905

İranlı biznesmen kömək istəyir – Bakıda 46 min dollarımı aldılar

İran vətəndaşı olan iş adamı dələduzluqla üzləşib. 

News24.Az-ın xəbərinə görə, keçə ildən Bakıda yaşayan iş adamı Əhəd Mərdani bildirib ki, Bakıda meyvə ticarəti üçün sövdələşdiyi şəxslər onun 46 min 350 dollarını ələ keçirib. Elşad SuvarovEmil Əfəndiyev adlı şəxslər iranlı biznesmendən meyvə satacaqları adı ilə ondan xeyli miqdarda pul alıblar. Lakin deyildiyi, kimi şərtlər icra edilməyib.
Əhəd Mərdani məsələ ilə bağlı 39-cu Polis Bölməsinə şikayət ərizəsi yazıb.
Araşdırmalar aparılır.

Taleh BAĞIROV