Bakıda dayə evdən 14 minlik qızıl əşyaları oğurladı
    • 6-03-2019, 17:38
    • 757

Bakıda dayə evdən 14 minlik qızıl əşyaları oğurladı

Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.

General Şıxlınski küçəsində yaşayan Kamilə Zeynalova Xətai rayon 35-ci polis bölməsinə müraciət edərək evin yataq otağından 14 min manat dəyərində qızılların oğurlandığını barədə məlumat verib.

Ev sahibəsi qızılların nəvəsinin dayəsi kimi orada yaşayan İlhamə adında qadının oğurladığını deyib.

Faktla bağlı aradırma aparılır.

Taleh BAĞIROV