"Kəpəz"in Müşahidə Şurasında dəyişiklik olacaq
    • 4-03-2019, 23:57
    • 1 117

"Kəpəz"in Müşahidə Şurasında dəyişiklik olacaq

"AFFA İcraiyyə Komitəsinin hər bir iclasında klubların sayı müzakirə olunur. Biz də istəyirik ki, minimum 10 komanda olsun. Amma hər şey bizdən asılı deyil".

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. 
O bildirib ki, I Divizion klubları və Premyer Liqa təmsilçilərindən bəziləri AFFA ilə SOCAR vasitəsilə maliyyələşir: “Lisenziyalaşdırma prosesinin gedişini izləyəcək və mövsümün sonunda neçəsinin hazır olduğuna baxacağıq".
AFFA rəsmisi Türkiyəyə böyük hesabla uduzan U-19 futzal yığmasının çıxışından da danışıb: "Həmin oyunda olmuşam. Bu, ilk matç idi və müsbət nəticə gözləmək düzgün deyildi. Millinin formalaşdırılması bir neçə il gecikdi. UEFA-dan da tələb olmadığından, bütün gücümüzü əsas komandaya vermişdik. Bundan sonra U-19-a da diqqətlə yanaşacağıq. Etiraf edim ki, bir neçə il gecikdik. Əsas komandanın baş məşqçisi Joze Alesio ilə bu barədə danışmışıq".
Baş katib "Kəpəz" klubundakı vəziyyət barədə də danışıb: "O klubda maliyyə problemi yoxdur. Təsdiqlənən büdcə ilə davam edirik. Yeni rəhbər təyin etdik ki, ödənişlər vaxtında təmin olunsun. İcra Hakimiyyəti nümayəndələri ilə danışmışıq. Növbəti mövsümdən Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi nəzərdə tutulub".

//Report