Pakistanda partlayış nəticəsində 35 nəfər ölüb
    • 30-07-2023, 19:15
    • 121

Pakistanda partlayış nəticəsində 35 nəfər ölüb

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığındakı Bajaur rayonunda keçirilən mitinq zamanı baş verən partlayışda azı 35 nəfər həlak olub.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” kanalı məlumat yayıb.

Polisin məlumatına görə, 100-dən çox adam yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Yaralılardan bəziləri təyyarə ilə Pişəvər şəhər xəstəxanalarına çatdırılıb.

Hücum kamikadzenin köməyi ilə həyata keçirilib. Hələ ki, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.