-
- 30-07-2023, 22:58
- 192
Blinken: “Konqres Avstraliyaya nüvə sualtı qayıqlarının satışının qarşısını almayacaq”
ABŞ Konqresi Amerika nüvə sualtı qayıqlarının Avstraliyaya satışının qarşısını almayacaq.
News24.az “Report”a istinadən xəbər verir ki, bunu avstraliyalı jurnalistlərə müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken bildirib.
Blinken əlavə edib ki, o, Respublikaçılar və Demokratların sözügedən addımı təsdiqləməyə hazır olduğuna həqiqətən əmindir:
“Konqres sistemimizdə əsas rol oynayır və biz detallar üzərində işləyirik. Ancaq eşitdiyim və gördüyüm hər şey güclü ikipartiyalı dəstəyin və Konqresin irəliləməyə hazır olduğunun sübutudur”.
Qeyd edək ki, Avstraliya üç mərhələdə atom sualtı qayıqları ilə təmin ediləcək.