ABŞ-ın Kiyevdəki səfirliyi fəaliyyətini bərpa etdi
    • 19-05-2022, 01:45
    • 404

ABŞ-ın Kiyevdəki səfirliyi fəaliyyətini bərpa etdi

ABŞ-ın Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edib.

Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"O gün gəldi. Bu gün biz ABŞ-ın Kiyevdəki səfirliyində rəsmi olaraq fəaliyyəti bərpa edirik", - deyə E.Blinken bildirib.

Dövlət katibi qeyd edib ki, səfirlik binası üzərində yenidən ABŞ bayrağı qaldırılıb. E.Blinken həmçinin qeyd edib ki, "Kiyevə qayıdan həmkarlarımızın təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görülüb"./Trend/