-
- 31-07-2023, 01:58
- 556
Abşeronda 200-dən çox ailəyə qarşı dələduzluq faktı
Abşeron rayonu, Qobu qəsəbəsinin yeni yaşayış massivində 200-dən çox ailə dələduzluq faktı ilə üzləşib.
News24.az xəbər verir ki, evlərə yeni su xəttinin çəkilməsi üçün hər ailədən 650 manat pul yığılsa da, həmin məbləğ sonradan mənibsənilib.
Məlum olub ki, həmin ərazidə yaşayan 3 nəfər Akif, Vaqif və Araz adlı şəxslər birləşərək "Azərsu" adından ümumilikdə 84 min manat pul toplayıblar.
Akif, Vaqif və Araz topladıqladı vəsaiti podratçı təşkilata verdiklərini bildirsələr də, bu vaxta qədər onların evlərinə hələ də su xətti çəkilməyib.
Sakinlər bildiriblər ki, mövcud məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Hazırda iş üzrə araşdırmalar aparılır.
Xəzər tv mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Leyla SƏMƏNDƏR