Fazil Mustafa:
    • 31-07-2023, 10:01
    • 505

Fazil Mustafa: "Ermənistan Qarabağdakı erməniləri kütləvi zəhərləmək istəyir..."

"Ermənistandan gələn TIR-lardakı ərzaq Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsi üçün nəzərdə tutulub". 

News24.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa "Facebook" hesabında paylaşıb.

O, bildirib ki, bu fakt baş verdikdən sonra ermənilər növbəti təxribatı gerçəkləşdirib Ümimdünya Səhiyyə təşkilatını bölgəyə çağıracaqlar:

"Böyük ehtimalla bu maşınlara yığılanların  hamısı vaxtı keçmiş ərzaq məhsullardır. Birinci növbədə məsələ suverenliyimizlə bağlıdır. İkinci halda isə  Azərbaycan dövləti heç vaxt razı ola bilməz ki, onun ərazisində məskunlaşan insanların,  hətta erməni millətinə mənsub olsalar belə, sağlamlıqları təhlükəyə girsin. Yenə də o düşüncədəyəm ki, Zəngilandan erməni sərhəddinə bizim TIR-lar düzülüş etməlidir. "Naxçıvana humanitar yardım üçün yol verin!" tələbini aktuallaşdırmalıyıq".

Aydan