Ərdoğan Ceyhun Bayramovla görüşəcək
    • 31-07-2023, 10:09
    • 165

Ərdoğan Ceyhun Bayramovla görüşəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumata görə, görüş yerli vaxtla 15:00-da (Bakı vaxtı ilə 16:00) dövlət başçısının iqamətgahında keçiriləcək.

Qeyd edək ki, C.Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində o, Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.