Martın 5-i Dövlət Gömrük Komitəsi vətəndaşların suallarını cavablandıracaq
    • 4-03-2019, 13:41
    • 789

Martın 5-i Dövlət Gömrük Komitəsi vətəndaşların suallarını cavablandıracaq

Martın 5-də Dövlət Gömrük Komitəsinin sosial şəbəkəsindəki səhifəsində canlı yayımda Yaşıl Dəhliz buraxılış sistemi və Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarı ilə bağlı vətəndaşların sualları cavablandırılacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr idarəsindən News24.Az-a verilən məlumata görə saat 12:00-13:00 arası baş tutacaq canlı yayımda suallara Komitənin mütəxəssisləri tərəfindən cavab veriləcək.

Qeyd: Suallar yalnız mövzu ilə bağlı olmalıdır. Cavablandırılması üçün xüsusi araşdırma və vaxt tələb olunan suallara canlı yayımdan sonra müraciət edənlərin şəxsi mesaj qutularına göndərilən açıqlamalar vasitəsilə aydınlıq gətiriləcək.