Vilayət Eyvazovdan yeni TƏYİNAT
    • 31-07-2023, 10:46
    • 381

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında yeni təyinat olub.

News24.az "Unikal"a istinadla xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmrinə əsasən Goranboy RPŞ-nin İstintaq bölməsinin rəisi polis mayoru Heydərli Elnur Ramiz oğlu tutduğu vəzifədən azad edilərək Sabirabad RPŞ-nin İstintaq bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Elnur Heydərli əvvəllər DiN-in Baş  İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində, ondan əvvəl isə Binəqədi və Şəmkir rayon polis idarələrində müstəntiq, baş müstəntiq vəzifələrində işləyib.