Rusiya Krivoy Roqu raketlə vurdu: ölən və yaralananlar var
    • 31-07-2023, 11:52
    • 104

Rusiya Krivoy Roqu raketlə vurdu: ölən və yaralananlar var

Ukraynanın Krivoy Roq şəhərində rus qoşunlarının hündürmərtəbəli binanı vurması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. 

News24.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko bildirib.

“Krivoy Roq. Ruslar şəhəri iki raketlə vurdular. Bir raket təhsil müəssisəsinin dörd mərtəbəli binasına düşüb. Yəqin ki, dağıntılar altında insanlar var. Xilasedicilər və polis hadisə yerindədir”, - o yazıb.

Onun sözlərinə görə, ikinci raket yaşayış binasının 4-cü mərtəbəsindən 9-cu mərtəbəsinə qədər olan hissəsini dağıdıb.

Ukrayna Daxili İşlər Nazirliyi də rəsmi məlumat yayıb. Qeyd olunub ki, iyulun 31-də Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayış səsləri eşidilib. Daha sonra Ukrayna DİN rusların Krivoy Roq şəhərinə raket zərbəsi endirdiyini bildirib. 

Raket hücumu nəticəsində yaralananların sayı 10 nəfərə yüksəlib.

Akqabay