Rusiya Poltavanı raketlə VURDU
    • 11-05-2022, 22:50
    • 369

Rusiya Poltavanı raketlə VURDU

Rusiya Federasiyasının qoşunları Poltava vilayətinə raket zərbəsi endirib.

Bu barədə Poltava vilayətinin rəhbəri Dmitri Lunin məlumat verib.

"Düşmən təyyarəsindən Poltava vilayətinə raket zərbəsi endirilib. Dağıntı və qurbanların təfərrüatlarını öyrənirik", - Lunin yazıb.

Qeyd olunub ki, apreldə Rusiyanın doqquz raketi Poltava vilayətindəki Kremençuq neftayırma zavodunu məhv edib./Publika.az/