Pakistanda terror aktı nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb
    • 31-07-2023, 14:43
    • 260

Pakistanda terror aktı nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb

Pakistanın Hayber Paxtunxva əyalətində koalisiya hökumətinin ortaqlarından olan İslam Üləma Cəmiyyəti (JUI-F) Partiyasının konqresini hədəf alan intiharçı hücumda həyatını itirənlərin sayı 54-ə yüksəlib.

News24.az xəbər verir ki, bu barədə Geo News televiziyası məlumat yayıb.

Məlumata əsasən, 200-dən çox insanın yaralanması ilə nəticələnən intihar hücumunun arxasında terror təşkilatı DEAŞ-ın olduğu iddia olunur.

Hücumda şübhəli qismində 3 nəfər saxlanılıb.