İran Pakistandakı bombalı hücumu pisləyib
    • 31-07-2023, 11:57
    • 233

İran Pakistandakı bombalı hücumu pisləyib

İran prezidenti İbrahim Rəisi Pakistanın Hayber Paxtunxva əyalətində koalisiya hökumətinin ortaqlarından olan İslam Üləma Cəmiyyəti (JUI-F) Partiyasının konqresini hədəf alan bombalı hücumu pisləyib.

News24.az xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb.

Xatırladaq ki, Pakistanın Hayber Paxtunxva əyalətində dünən koalisiya hökumətinin ortaqlarından olan İslam Üləma Partiyasının konqresini hədəf alan bombalı hücumda 40 nəfər həyatını itirib, 200-dən çox insan isə yaralanıb.