AFFA-ya yeni mətbuat katibi təyin olundu - FOTO
    • 31-07-2023, 17:32
    • 276

AFFA-ya yeni mətbuat katibi təyin olundu - FOTO

AFFA-ya yeni mətbuat katibi təyin olunub.

News24.az xəbər verir ki, milli assosiasiyadan verilən məlumata görə, bu vəzifədə Elnur Məmmədli çalışacaq.

Tanınmış telejurnalist bundan əvvəl “Futbol+”, "ANS", "AzTV" və “CBC Sport”da fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan Boks Federasiyasında mətbuat katibi vəzifəsində işləyib.

Qeyd edək ki, Elnur Məmmədli bu vəzifədə "Səbail"ə keçən Firuz Abdullanı əvəzləyib.