Bakı-Ağstafa marşrutuna əlavə qatar təyin edildi - CƏDVƏL
    • 2-05-2024, 16:48
    • 125

Bakı-Ağstafa marşrutuna əlavə qatar təyin edildi - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) həftəsonu artan sərnişin tələbatını təmin etmək üçün Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edir.

News24.az ADY-yə istinadən verdiyi xəbərə görə, həmçinin Bakı-Qəbələ-Bakı marşrutu ilə hərəkət edən qatarlarımız da hər həftəsonu xidmətinizdədir.

Biletləri dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərsiniz.