-
- 31-07-2023, 17:38
- 663
Ter-Petrosyanın iqamətgahında ABŞ səfiri ilə KRİTİK GÖRÜŞ: Qarabağ barədə nə DANIŞILDI?
İyulun 31-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuin ilə görüşüb.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
“Bir saatdan artıq davam edən söhbətdə əsasən Qarabağdakı “humanitar vəziyyət”lə bağlı “problemlərə” toxunulub. Görüşdə ABŞ-nin Ermənistandakı səfirliyinin siyasi və iqtisadi şöbəsinin rəhbəri Alison Hanna, siyasi məsələlər şöbəsinin müdiri Cennifer Hedda və Ermənistanın Birinci Prezident Aparatının direktoru Avetis Avaqyan da iştirak ediblər”, - məlumatda iddia edilir.
Qeyd edək ki, Ermənistan Azərbaycanın razılığı alınmadan, özbaşına olaraq Qarabağdakı erməni icması üçün guya “humanitar yardım” adı ilə 19 yük maşınını sərhədimizə göndərib. Sərhədimizdə 2 gündür qalan maşınların geri çəkilməsi əvəzinə, onun günlər, hətta həftələrlə orada saxlanılması barədə çağırışlar eşidilir. Məqsəd guya Azərbaycanın “humanitar yardımı” buraxmadığını dünyaya göstərməkdir.
Akqabay