-
- 31-07-2023, 18:17
- 315
"Alzheimer" peyvəndinin ilk sınaq nəticələri açıqlandı
Yapon alimləri Alzheimer xəstəliyinin təsirlərini azaltmaq üçün hazırladıqları peyvəndin ilk eksperimental nəticələrini paylaşıblar.
News24.az "NTV" -ə istinadla xəbər verir ki, Peyvəndin Alzheimer prosesi zamanı beyindəki iltihabı azaltdığı və davranışı yaxşılaşdırmağa kömək etdiyi göstərilib.
Tədqiqatçılar siçanlar üzərində təcrübələr apararaq, Alzheimer xəstəliyi ilə əlaqəli qocalma qlikoproteinlərinin (SAGP) əlamətlərini daşıyan hüceyrələri məhv etdiyini iddia etdikləri peyvəndin təsirlərini müşahidə ediblər.
Alzheimer xəstəliyinin irəli mərhələsində olan xəstələrdə narahatlıq əlamətlərinin olmadığını və diqqətini cəmləyə bilmədiklərini xatırladan tədqiqatçılar, altıncı ayda aparılan labirint təcrübələrində peyvənd edilmiş siçanların sağlam siçanlar kimi əsəbi və ehtiyatlı davrandıqlarını ifadə ediblər.
Araşdırmanın həmmüəllifi Dr. Chieh-Lun Hsiao, inkişaf etdirdikləri peyvəndin Alzheimer prosesi zamanı beyində iltihabı azaltmaqla yanaşı, siçanların davranışını yaxşılaşdırmaqla digər Alzheimer tədqiqatlarından fərqləndiyini vurğulayıb.
Aydan