Keçmişi silən xəstəlik
    • 21-09-2018, 13:40
    • 1 240

Keçmişi silən xəstəlik

21 Sentyabr, Dünya Alzheimer günüdür.
Bu xəstəlik insanlarda yaşlılıq və beyin toxumalarınınöz funksiyalarnı itirməsi nəticəsində yaranır.
 News24.az xəbər verir ki, xəstəliyin ən böyük əlaməti yaxın zamanlarda olan hadisələrin xatırlanmamasıdır. Xəstəlik ilk dəfə 1906-cı ildə psixiatr Alois Alzheimer tərəfindən təyin olunub.
 Toxumalar funksiyalarını itirdikcə hətta, belə insanlar öz ailəsini belə tanımırlar.
Son zamanlarda gənclərində qarşılaşdığı bu xəstəlik, Dünya Sağlıq Təşkilatının məlumatına görə ildə 50 milyon insanda görülür.
 2050-ci ildə isə bu rəqəmin təxmini 152 milyona yüksələcəyi deyilir.
Hazırda bu xəstəliyin hər hansı mülicə metodu yoxdur, sadəcə olaraq bəzi dərman preparatlarla ilə xəstəliyin sürətlənməsinin nisbətən qarşısını almaq mümkündür.
Şəlalə Ağayeva