Türkiyə çimərliyində 30-a yaxın mina tapılıb
    • 31-07-2023, 18:29
    • 227

Türkiyə çimərliyində 30-a yaxın mina tapılıb

"Dalğıcların suya batırılması zamanı ən azı 28 sursat aşkar edilib. Onlardan səkkizi sonradan məhv edilmək üçün sahilə gətirilib”. 
 
News24.az xəbər verir ki, bu barədə “ NTV” məlumat yayıb. 
 
Bildirilir ki, mərmilər avqustun 2-də zərərsizləşdiriləcək. Hansı minaların tapıldığı hələlik məlum deyil.
2023-cü ilin fevralında Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra Qara dənizdə qurulduğu iddia edilən Şile çimərliyində dəniz minası partlayıb və lövbəri qırıb. 
 
Həmçinin Qara dənizin müxtəlif ərazilərində dəfələrlə sürüklənən minalar aşkar edilib. Ən son mina xəbərdarlığı 14 iyul 2023-cü ildə verilib. Qara dəniz donanması sürüklənən Ukrayna minasının aşkar edilməsi barədə məlumat verib və Qara dənizin şimal-qərb bölgələrində naviqasiya təhlükəsi barədə xəbərdarlıq edib.

 
Arzu