-
- 19-07-2023, 18:02
- 259
AK rəhbəri: Rusiya Qara dənizin blokadasına son qoymalıdır
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın “taxıl saizişi”nə xitam verməsindən sonra Qara dənizin blokadasının dayandırılması lazım olduğunu bildirib.
News24.az xəbər verir ki, o, bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
“BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü dayandırmaq qərarından dərin narahatam. Risk ondan ibarətdir ki, o dünyanın bir çox həssas ölkələrinin ərzaq təhlükəsizliyini təhdid edir”, - deyə fon der Leyen bildirib.
O əlavə edib ki, Aİ həssas əhali üçün ərzaq təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrlə fəaliyyətini davam etdirəcək.
“Bildiyiniz kimi, bizim əlavə bir təşəbbüsümüz var – həmrəylik zolağı. Həmrəylik zolaqları vasitəsilə 45 milyon tondan çox taxıl, yağlı bitkilər və digər məhsullar ixrac edilib. Qara Dəniz Taxıl Təşəbbüsü daha 35 milyon ton əlavə edib”, - AK rəhbəri bildirib.
O, əmin edib ki, Aİ həmrəylik zolağında Ukraynadan dünya bazarlarına kənd-ərzaq məhsullarını ixrac etməyə davam edəcək: “Ancaq Qara dənizin blokadasının götürülməsi vacibdir ki, dəniz vasitəsilə ixrac davam edə bilsin”.
Akqabay