-
- 31-07-2023, 19:19
- 241
Avropa İslamdan niyə çəkinir? - ŞƏRH
"Son dövrlər dünyanın müxtəlif ölkələrində "Quran"ın yandırılması, o cümlədən, İslam dininə mənsub əhalinin heysiyyatının müxtəlif üsullarla təhqir olunması kimi mənfi tendensiya müşahidə olunur. Bəzi ölkələrdə isə hətta bir qədər də irəli gedərək, bu hala İslamı və onun müqəddəs kitabı olan Quranı yandırmaqla etiraz etmək istəyir, İslam dininin təhqir olunmasını isə fikir azadlığı kimi təqdim etməyə çalışırlar. Azadlıq isə təbii ki, başqa dinə mənsub şəxsin həyat tərzini aşağılaya bilməz. Eynilə yaşamaq haqqının özü də azadlıq elementidir. Necə yaşayacağımızı da kimsə bizə diktə edə bilməz".
Bu fikirləri News24.az-a İslamafobiyanın zərərlərindən də danışarkən politoloq Natiq Miri dedi.
Onun sözlərinə görə, müsəlman ölkələrində xristianlara yaşamağın qaydasını öyrətmirlər. İslamda hər insanın özü ayrıca bir örnəkdir:
"İnsanların inanc sistemini, peyğəmbərini, müqəddəs kitabını aşağılamaq isə acizlik və zəiflikdən başqa bir şey deyil. Bu addım dünyada parçalanmış qütbləşməni daha da artırır ki, bu da gələcəkdə toqquşmalara yol aça bilər.
Qərb dünyasında şovinizm, millətçilik çox sürətlə yayılmasına töhfə verən digər bir qisim isə irqçilərdir. Bu məqamda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir fikrini xüsusi vurğulamaq istəyirəm. O, bununla bağlı deyir ki, biz tədricən onları dünyanı ədalətli idarə etməyə və anlayışların doğru qəbul olunmasına öyrədəcəyik. Bu gün müşahidə etdiyimiz də məhz həmin prosesdir. Artıq Birləşmiş Millətlər Təşkilatı səviyyəsində dinlərə qarşı həqarətlə bağlı addımlar atılır. Xüsusən də islamafobiyanın geniş vüsət aldığı Avropa ölkələrində yol verilən bu hal getdikcə daha da çirkin xarakter alır. "Quran-i Kərim"in yandırılması ilə müşayiət olunan müxtəlif etiraz aksiyaları bunun bariz nümunəsidir".
N.Miri qeyd etdi ki, bu kimi hallar dünya düzəni nizama düşənədək davam edəcək:
"Dünya yenidən şəkillənəndə biz də türk etnosu olaraq öz layiqli yerimizi tutmalıyıq. İnsanların peyğəmbərini, müqəddəs kitabını aşağılamaq acizlik və zəiflikdən başqa bir şey deyil. Bu addım dünyada parçalanmış qütbləşməni daha da artırır. Bu proses gələcəkdə toqquşmalara yol aça bilər. Qərbdə dünyasında şovinizm, millətçilik kimi mənfi nümunələrin çox sürətlə yayılmasına töhfə verənlərin digər bir qismi irqçilərdir. Bu gün ayrı-ayrı qüvvələrin tədricən dünyanın indiyədək qüsurlu idarə olunduğun anladığını görürük. Artıq Birləşmiş Millətlər Təşkilatı dinlərə qarşı həqarətlə bağlı bir sıra addımlar atır".