-
- 31-07-2023, 20:30
- 210
Səfir: Azərbaycan və Mərakeş səmərəli əməkdaşlıq edir
Mərakeş ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf etdirilir. Qarşılıqlı səfərlər əlaqələrimizin inkişafına öz töhfəsini verir. Ümid edirik ki, münasibətlərimiz bundan sonra da müsbət müstəvidə irəliləyərək dərinləşəcək.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Bakıda Mərakeşin milli bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.
Ölkəsinin qazandığı nailiyyətlərdən bəhs edən diplomat bildirib ki, Kral VI Məhəmmədin hakimiyyətə gəlişindən ötən müddət ərzində çox müsbət işlər görülüb, ölkə iqtisadiyyatı inanılmaz dərəcədə inkişaf edib.
“Ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının qoyulmasında Ulu Öndər Heydər Əliyevin böyük rolu var. Ümummilli Liderdən sonra bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirir”, - deyə diplomat vurğulayıb.
Azərbaycanın və Mərakeşin bütün sahələrdə səmərəli əməkdaşlıq etdiklərini diqqətə çatdıran Məhəmməd Adil Embarş mövcud əlaqələrin daha da dərinləşəcəyinə inandığını diqqətə çatdırıb.