Beyləqan taxılçıları 70 min 753 ton məhsul tədarük etdilər
    • 31-07-2023, 21:36
    • 190

Beyləqan taxılçıları 70 min 753 ton məhsul tədarük etdilər

Taxıl biçinini başa çatdıran Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri zəmilərdən 70 min 753 ton məhsul əldə ediblər.

News24.az Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a istinadən xəbər verir ki, 15 min 843 hektar buğda sahəsindən 63 min 922 ton, 2189 hektar arpa sahəsindən 6831 ton məhsul toplanıb. Hər hektarın məhsuldarlığı orta hesabla 39,2 sentner, o cümlədən buğda sahələrində 40,3 sentner, arpa sahələrində isə 31,2 sentnerdir.

Hazırda biçilmiş taxıl sahələrində şum qaldırılır.