Azərbaycanda bu günədək 207379 hektar sahədə taxıl biçini APARILIB
    • 11-06-2019, 12:40
    • 875

Azərbaycanda bu günədək 207379 hektar sahədə taxıl biçini APARILIB

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir. 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ölkə ərazisində 207379 hektar ərazidə taxıl biçini aparılıb, 189505,7 hektar ərazidə arpa, 17873,3 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 617303,9 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,7 sentner təşkil edir.

Bərdə rayonunda arpa biçini başa çatıb. Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29926 hektar sahənin 28795 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax,  Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, Ağdam və Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
 
RayonArpa sahəsi, haBiçilmiş sahə, haMəhsuldarlıq, s/ha
Neftçala314042655824,5
Şəki21626,31150034
Biləsuvar149001336031
Sabirabad9600865637,7
Zərdab5730491930,5
Yevlax5082,5440028,5
Cəlilabad4509,1412035,1
Bərdə2568256831
Beyləqan1765160626,8
Samux3544207034,8
Goranboy11500700424
Qax2881187626,3
Masallı2786183317,5
Ağcabədi5637429529,6
Füzuli8505575330,4
Ağdam2215132335
Tərtər3814,5217632,6
 
 
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
 
Ölkə üzrə taxıl biçininə 1413 kombayn cəlb olunub. Bunlardan 545-i “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. “Aqrolizinq” ASC-nin kombaynları ilə 81393 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 125986 hektar sahə biçilib.