Çimərlikdə minalar TAPILDI
    • 1-08-2023, 11:05
    • 144

Çimərlikdə minalar TAPILDI

Qara dənizin İstanbul yaxınlığında yerləşən Şile kurortunun bütün çimərlikləri 28 mina aşkar edildikdən sonra ərazidə aparılan araşdırmalar səbəbindən bağlanıb.

News24.az
xəbər verir ki, bu barədə RİA Novosti-yə Şile polisindəki mənbə məlumat verib.

Bu ərəfədə məlum olub ki, Şiledə dalğıclar ən azı 28 partlamamış hərbi sursat aşkar ediblər, onlardan səkkizi sonradan məhv edilmək üçün sahilə çıxarılıb.

Məlumata görə, hazırda şəhərdə bütün çimərliklər bağlıdır, açılış tarixi hələ müəyyən edilməyib.

Mlumatda o da bildirilir ki, minaxtaranlar əraziyə baxış zamanı həm köhnə, həm də nisbətən yeni minalar aşkar ediblər.

Aydan