-
- 1-08-2023, 13:16
- 253
Zelenskiyə qarşı ölüm planı - ÖLKƏNİ ONLAR İDARƏ EDƏCƏK
Ukrayna rəsmiləri bu haqda danışmaqdan imtina etsələr də, Zelenskinin müharibə zamanı həlak olması ilə bağlı planları var.
News24.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazır.
Nəşrin müəllifləri qeyd edirlər ki, Vladimir Zelenskiyə qarşı ruslar tərəfindən mümkün sui-qəsdlə bağlı məsələni Ukrayna və Qərbdə nəzərdən qaçırmaq olmaz.
“Zelenski dövlətin sadəcə formal lideri deyil, o, Rusiyaya qarşı mübarizədə beynəlxalq dəstəyin cəlb edilməsində əsas rol oynayır. İrimiqyaslı müharibənin əvvəlində Ukrayna rəsmilərinin fikrincə, ruslar prezidenti sıradan çıxarmaq üçün bir neçə dəfə cəhd ediblər və rusiyalı radikal deputatlar və “hərbi müxbirlər” müntəzəm olaraq Zelenskinin öldürülməsini tələb edirlər. Həyatı üçün təhlükə olduğuna görə, Zelenskinin xarici səfərləri maksimum məxfiliklə planlaşdırılır”, - nəşr qeyd edir.
“Politico”nun yazısına görə, Ukrayna rəsmiləri məsələ ilə bağlı danışmaq istəmir lakin Zelenskinin ölümü ilə bağlı fəaliyyət planı var. Keçən il ABŞ-ın dövlət katibi Entoni Blinken müsahibəsində “ukraynalıların hökumətin davamlılığı” ilə bağlı planlarının olduğunu bildirərkən bunu faktiki olaraq təsdiqləmişdi.
Nəşr hesab edir ki, Zelenskinin yoxluğunda Ukraynaya Ali Radanın sədri Ruslan Stefançuk, Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov birgə rəhbərlik edəcək. Valeri Zalujnı ordunun baş komandanı postunda qalacaq.
Arzu