-
- 1-08-2023, 15:08
- 203
Venesiya üçün kritik xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESCO) İtaliyanın turizm mərkəzlərindən biri olan, kanallar və qandolalar şəhəri kimi şöhrət qazanmış Venesiya şəhərinin “Təhlükədə olan Dünya İrs Siyahısına” daxil edilməsini təklif edib.
News24.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
YUNESKO-nun Məsləhət Şurasının təqdim etdiyi qətnamə layihəsində Ümumdünya İrs Komitəsinin 10-25 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi planlaşdırılan 45-ci genişləndirilmiş iclasından əvvəl İtaliya hökumətinə çağırış edilib.
21 ölkənin nümayəndələrindən ibarət komitə ildə bir dəfə toplanır və “Təhlükədə olan Ümumdünya İrs Siyahısı”na yenidən baxır.
Layihədə İtaliya hökumətindən illərdir turist sıxlığının və iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparan Venesiyada uzun müddətdir davam edən problemlərin həllinə maksimum fədakarlıq göstərməyə çağırılıb.
Layihədə hökumətin xüsusilə kütləvi turizm, inkişaf layihələri və iqlim dəyişikliyi kimi mövzularda yetərincə irəliləyiş əldə edə bilmədiyi, turizm və iqlim dəyişikliyi kimi problemlərin binalarda və şəhər ərazilərində xarab və ziyana səbəb olduğu bildirilib.
Qeyd olunub ki, bu problemlər “tarixi şəhərin mədəni və sosial kimliyini təhrif edir, onun mədəni, ekoloji və landşaft keyfiyyət və dəyərlərinin bütövlüyünü təhdid edir”.
Aydan