-
- 10-09-2019, 15:37
- 1 068
Azərbaycanlı gənclər Səudiyyə Ərəbistanda təlim keçəcək
Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanı Krallığında “Almosafer Academy” proqramı çərçivəsində müxtəlif təlimlər keçirəcək.
Dövlət Turizm Agentliyindən News24.az-a verilən məlumata görə, 10 həftə davam edəcək proqram Krallığın aparıcı səyahət xidmətləri platforması olan “Almosafer” şirkətinin təşəbbüsü ilə baş tutacaq.
Təlimlərin keçirilməsinin əsas məqsədi Səudiyyə Ərəbistanının istedadlı gənclərini turizm sənayesinə cəlb etmək və turizm üzrə məsləhətçilərin yeni nəsilini yetişdirməkdir.
Proqram iştirakçıları nəzəri biliklərlə yanaşı, müxtəlif tanışlıq səfərləri və destinasiya təlimlərində iştirak edərək praktik bacarıqlar da əldə edəcəklər.
Azərbaycanın geniş turizm imkanlarının tanıdılmasına, həmçinin Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turist sayının artırılmasına müsbət təsir göstərəcək təlimlərin təşkilatçılarından biri də Azərbaycan Turizm Bürosudur.
Layihədə Azərbaycan Turizm Bürosu ilə yanaşı, Dubay Turizm Təbliğat Bürosu, Mavriki Turizm Təbliğat Bürosu, Bəhreyn Turizm və Sərgilər Bürosu kimi qurumlar da iştirak edəcəklər.
Təlimlər haqda ingilis dilində daha ətraflı məlumat üçün bu keçiddən istifadə etmək mümkündür: http://bit.ly/2UNNkOH
Afaq Mirayiq