Türkiyə və Misir arasında - 15 MİLYARD DOLLARLIQ RAZILAŞMA
    • 1-08-2023, 18:31
    • 193

Türkiyə və Misir arasında - 15 MİLYARD DOLLARLIQ RAZILAŞMA

Misir və Türkiyə beş il ərzində iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaq barədə razılığa gəliblər.
 
News24.az
 xəbər verir ki, bu barədə Misirin Sənaye və Ticarət Nazirliyi bildirib.
 
Bundan əvvəl Türkiyənin Qahirədəki səfiri Salih Şen bildirmişdi ki, Misirin ticarət naziri Əhməd Samir çərşənbə axşamı Türkiyəyə rəsmi səfər edəcək və bu səfər son on ildə Ticarət Nazirliyinin rəhbəri tərəfindən ilk səfər olacaq.

"Səfər zamanı nazirlər beş il ərzində ikitərəfli ticarətin həcmini 10 milyard dollardan 15 milyard dollara çatdırmaqla ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün yol xəritəsi üzərində razılığa gəliblər", - Misir nazirliyinin bəyanatında deyilir.

Nazirlik onu da əlavə edib ki, Samir və Bolat hər iki ölkənin sərmayədarlarına lazımi imkanların yaradılması üçün güclü əməkdaşlıq qurmaq barədə razılığa gəliblər. Bundan əlavə, nazirlər qarşıdakı dövrdə ikitərəfli ticarətdə milli valyutalardan istifadə imkanlarını müzakirə ediblər.
 
Arzu