Türkiyə və İranın ticarət dövriyyəsi 5 milyard dolları keçib
    • 28-12-2022, 12:56
    • 282

Türkiyə və İranın ticarət dövriyyəsi 5 milyard dolları keçib

“Türk iş adamları müxtəlif sahələrə, xüsusən də İranda tekstil və geyim sektoruna sərmayə qoymağa hazırdır və bu əməkdaşlıq üçün zəmin yaradılmalıdır”.

News24.az İRNA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Məşhəddəki baş konsulu Fateh Topçu deyib.

O bildirib ki, İran və Türkiyə arasında yaxşı ticarət və iqtisadi əlaqələr mövcuddur: “İki ölkənin iş adamları və investorları əlaqələrin genişlənməsində maraqlıdırlar”.

Məlumatda qeyd olunur ki, bu ilin əvvəlindən İran və Türkiyə arasında ümumi ticarət dövriyyəsi 5 milyard dolları keçib.