"Üçtərəfli bəyanatın vasitəçisi məhz Rusiya olub" - PREZİDENT
    • 2-08-2023, 10:13
    • 139

"Üçtərəfli bəyanatın vasitəçisi məhz Rusiya olub" - PREZİDENT

"Nə ABŞ, nə də Avropa İttifaqı - 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın vasitəçisi məhz Rusiya olub". 

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev "Euronews" telekanalının canlı efirində yayımlanan "Global Conversation" adlı debat xarakterli proqramda bildirib.


"Rusiya 2020-ci il noyabrın 10-da Ermənistanla imzalanan atəşkəs və ya 10 noyabr bəyanatının vasitəçisi olub. Bu nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı idi. Mənim Ermənistanlı həmkarımla ilk görüşüm də Rusiya tərəfindən elə bu ölkənin ərazisində təşkil olunmuşdu. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra isə vəziyyət dəyişdi və biz ABŞ ilə Avropanın böyük fəallığının şahidi olduq. Əslində isə prosesə kimin başçılıq etməsinin və ya vasitəçilik rolunu kimin öz üzərinə götürəcəyinin bizim üçün elə də fərqi yoxdur".