-
- 17-05-2024, 11:08
- 268
Yaponiyadan Çin və Rusiyaya reaksiya
Rusiya Prezidenti Vladimir Putin və Çin Dövlət Başçısı Si Jinping arasında Pekində keçirilən görüşdən sonra dərc edilən birgə bəyanatda onların Fukusimadakı çirkab sularla bağlı tənqidləri ölkədə gündəmə gəlib.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa suyunun “nüvə ilə çirklənmiş” kimi təsvir edilməsi ilə bağlı “Bu, olduqca təəssüfləndirici və faktlara ziddir” deyib.
Hayaşi bildirib ki, Kişida Fumio hökuməti Si və Putinin məsələ ilə bağlı birgə bəyanatı ictimaiyyətə açıqlandıqdan sonra bu vəziyyətə dərhal etiraz edib.
Çirkab suların boşaldılmasının "elmi baxımdan heç bir problem yaratmadığını" qeyd edən Hayaşi, "Çin və Rusiyaya nəzakətli və şəffaf açıqlamalar verəcəyik" deyib.
Qeyd edək ki, Çin və Rusiyanın "nüvə ilə çirklənmiş" olaraq xarakterizə edilən tullantı suları ilə bağlı "ciddi narahatlıqlarının" olduğu bildirilib.
Günel Məlikzadə