Bakıda Çin vətəndaşı şirkətdə faciəli şəkildə öldü
    • 2-08-2023, 14:53
    • 186

Bakıda Çin vətəndaşı şirkətdə faciəli şəkildə öldü

Bakıda Çin vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

Qaradağ rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, avqustun 1-də, saat 08 radələrində özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalmış və aldığı xəsarətlərdən ölmüşdür.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Samir Əli