Arda Gülərin yeni transfer qiyməti açıqlandı
    • Dünən, 23:04
    • 85

Arda Gülərin yeni transfer qiyməti açıqlandı

“Real Madrid”in 19 yaşlı türkiyəli ulduzu Arda Gülərin yeni transfer dəyəri məlum olub.

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, gənc yarımmüdafiəçinin “Transfermarkt”dakı dəyəri 18 milyondan 45 milyon avroyadək yüksəlib. Arda Gülərin transfer qiymətinin artmasına əsas səbəb kimi onun Türkiyə millisi ilə Avropa çempionatındakı performansı göstərilir. 

Qeyd edək ki, Arda Gülərin “Real Madrid” klubunda qalacağı dəqiqləşib. Gənc ulduzun digər Avropa klublarının birinə kirayə göndərilməsi gözlənilir.