Türkiyə və Rusiya Prezidentlərinin müzakirə edəcəyi mövzular açıqlandı-VİDEO
    • 2-08-2023, 23:03
    • 270

Türkiyə və Rusiya Prezidentlərinin müzakirə edəcəyi mövzular açıqlandı-VİDEO

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin planlaşdırılan görüşü zamanı müzakirə ediləcək mövzular bəlli olub.

News24.az
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, liderlər Ukrayna və “Taxıl sazişi” ilə bağlı mövzulara toxunacaqlar:

“Gündəlikdə duran ilk məsələ çoxşaxəli olan ikitərəfli münasibətlərimizdir. Eyni zamanda Ukrayna diqqət mərkəzində olacaq. Bundan başqa bu gün Putinin türkiyəli həmkarına hərtərəfli izahat verdiyi “Taxıl sazişi” məsələsidir və təbii ki, dünyada baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq”.