Zelenski sülh sammitinin vaxtını açıqladı
    • 3-08-2023, 10:34
    • 161

Zelenski sülh sammitinin vaxtını açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski bu payızda Sülh Sammitinin keçiriləcəyinə ümid etdiyini və bu həftə Səudiyyə Ərəbistanında keçiriləcək danışıqların bu məqsədə doğru bir addım olduğunu bildirib.

News24.az xəbər verir ki, görüş avqustun 5-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək. Ukraynadakı son vəziyyət müzakirə olunacaq, sülh üçün fikir mübadiləsi aparılacaq.

Zelenski ukraynalı diplomatlar qarşısında çıxışında Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə 40-a yaxın ölkənin təmsil olunacağını bildirib.

"Biz sammitin bu payızda baş tutması üçün çalışırıq" dedi.

NATO, Aİ Komissiyası və Aİ Şurasının nümayəndələri, Braziliya, Kanada, Danimarka, Fransa, Almaniya, Hindistan, İtaliya, Ukrayna, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, İngiltərə, ABŞ, Yaponiya, İsveç, Finlandiyadan milli təhlükəsizlik müşavirləri də iclasda iştirak edəcək.

Aydan