ABŞ Ukrayna ilə bağlı danışıqlar üçün bu ölkəyə DƏVƏT EDİLDİ
    • 31-07-2023, 18:26
    • 182

ABŞ Ukrayna ilə bağlı danışıqlar üçün bu ölkəyə DƏVƏT EDİLDİ

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ukrayna üzrə sülh danışıqlarına dəvət olunub.

News24.az xəbər verir ki, bu barədə “New York Times” krallıqdakı diplomatlara istinadən məlumat yayıb.

“Bir neçə ölkə dəvət olunub, o cümlədən ABŞ və Avropa dövlətləri, həmçinin Braziliya, Çin və Hindistan”, - materialda deyilir. Qəzetin yazdığına görə, bu ölkələri danışıqlarda konkret kimin təmsil edəcəyi barədə hələlik məlumat yoxdur. Danışıqların həftənin sonunda baş tutacağı bildirilir.
Daha əvvəl “Wall Street Journal” diplomatlara istinadən yazıb ki, Səudiyyə Ərəbistanı avqustda Ciddədə Ukrayna üzrə sülh danışıqları keçirmək niyyətindədir, bu danışıqlara 30-a qədər ölkənin nümayəndələri dəvət olunacaq, onların arasında Rusiya yoxdur. Səudiyyə Ərəbistanı və Ukraynanın dəvət etdiyi ölkələr arasında İndoneziya, Misir, Meksika, Çili və Zambiya kimi ölkələr var. Böyük Britaniya, Cənubi Afrika, Polşa və Avropa İttifaqı iştirakını təsdiqləyib.

Akqabay