Maşın qaçırmaqda şübhəli bilinən keçmiş məhkum saxlanıldı
    • 17-11-2021, 12:39
    • 389

Maşın qaçırmaqda şübhəli bilinən keçmiş məhkum saxlanıldı

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə noyabrın 16-da rayon ərazisindən Bakı şəhər sakini A.Həsənova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün yol kənarında dayanmış 2 avtomobilə dəymiş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov müəyyən edilərək saxlanılıb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.