Avtomobil qaçıran şəxslər saxlanıldı
    • 29-04-2022, 10:41
    • 262

Avtomobil qaçıran şəxslər saxlanıldı

Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisindən şəhər sakini N.Səmədovun “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Eminov və Qubadlı rayon sakini Taryel Məmmədov saxlanılıb. 
Araşdırma aparılır.