Rusiya Azərbaycanı HƏDƏLƏDİ -
    • 4-08-2023, 10:32
    • 445

Rusiya Azərbaycanı HƏDƏLƏDİ - "Tələsik hazırlanmış sülh müqaviləsi müharibəyə səbəb olaacaq"

"Tələsik hazırlanmış sülh müqaviləsi Bakı ilə Yerevan arasında yeni müharibəyə səbəb ola bilər". 

News24.az-ın məlumatına görə, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri Departamentinin direktoru Denis Qonçar bildirib:

"Tələskənliyə yol verilərək hazırlanmış sülh razılaşması regiona dayanıqlı sülh gətirməyəcək. Əksinə, bu sənəd gələcəkdə yeni münaqişə və faciələrə yol açacaq. Bu səbəbdən də əsas diqqət onun sürətlə tərtib olunmasına yox, hər iki tərəf üçün balanslaşdırılmış və məqbul qərarların qəbuluna yönəldilməlidir".
 
D. Qonçar eyni zamanda Qərbin sözü gedən sənədin yaxın vaxtlarda təsdiqlənəcəyi barədə bəyanatlarına da diqqət çəkərək qeyd edib ki,ölkəsi bu məsələni yalnız Azərbaycanla Ermənistan tərəfinin müəyyənləşdirməsinə tərəfdardır:

"Bu məsələdə vasitəçilərin rolu danışıqlar prosesini konyuktur fikirlərə uyğun istiqamətləndirmək yox, uzunmüddətli razılaşmaların əldə olunmasına çalışmaqdan ibarətdir. Onlar sadəcə olaraq, çoxdan formalaşmış reallıqları, Azərbaycan və Ermənistan liderlərinin bəyanatlarını, habelə bu bəyanatların əsasında yaradılan mexanizmləri nəzərdə almalıdır". 

Fərid Azəri