-
- 4-08-2023, 14:15
- 152
10 il əvvəl dostunu döyüb öldürən şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində qəstən adam öldürməkdə təqsirləndirilərək həbs edilən Zaur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Z. Sadıqov 9 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, paytaxtın Yasamal rayonu ərazisində 2013-cü il martın 30-da İsmayıl Zeynalovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Müəyyən edilib ki, Bakı şəhər sakini Zaur Sadıqovla 29 mart 2013-cü il tarixdə saat 21 radələrində tanışı İsmayıl Zeynalovun arasında avtomobildə mübahisə baş verib, Zaur Sadıqov avtomobili yolda saxlayaraq maşından enməyə çalışan narkotik vasitələrin təsiri altında olan İsmayıl Zeynalova bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurub əlləri ilə onu boğaraq öldürüb, daha sonra narkotik vasitənin doza həddini aşması səbəbi ilə ölməsi görüntüsünü yaratmaq üçün onu küçədə səki üstünə sürüyüb qoyaraq hadisə yerindən uzaqlaşıb.
Zaur Sadıqova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Samir Əli